Ana Sayfa > Karusel / Region > “Donetsk və Luqansk xalq respublikaları”nı tanınmaqdan söhbət gedə bilməz“
“Donetsk və Luqansk xalq respublikaları”nı tanınmaqdan söhbət gedə bilməz“22-02-2022, 10:34. Yazar: Admin |
Qarabainfo.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib. “Qazaxıstanın rəsmi mövqeyi hazırlanır. Yaxın saatlarda Təhlükəsizlik Şurasının iclası keçiriləcək və orada biz Qazaxıstanın mövqeyini rəsmən qəbul edəcəyik. Amma mən sizi əmin etməliyəm ki, Qazaxıstan tərəfindən “Donetsk və Luqansk xalq respublikaları”nı tanınmaqdan söhbət gedə bilməz. Biz beynəlxalq hüququn əsaslarından və BMT nizamnaməsinin əsas prinsiplərindən çıxış edirik Aydındır ki, hazırda vəziyyət pisləşir, gərginlik artır və buna görə də Qazaxıstan bütün beynəlxalq ictimaiyyəti münaqişənin həlli üçün diplomatik səylərdən istifadə etməyə çağırır”. Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin “Donetsk və Luqansk xalq respublikaları”nın tanınması haqqında fərman imzalayıb və Rusiya ordusuna orada sülhü təmin etməyi tapşırıb. Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağını bildirib.(yenisabah) Geri dön |