Ana Sayfa > Karusel / Sosial > Balakəndə evi tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb

Balakəndə evi tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb


22-02-2022, 08:55. Yazar: Admin

 

Azərbaycanda dörd polis bölməsinin rəisi dəyişdi – TƏYİNAT - 20.12.2017, Sputnik Azərbaycan

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Geri dön