Ana Sayfa > Karusel / Dünya > Ukraynadakı amerikalı diplomatlar Polşada gecələyəcəklər

Ukraynadakı amerikalı diplomatlar Polşada gecələyəcəklər


22-02-2022, 07:35. Yazar: Admin

Entoni Blinken

 

Ukraynada fəaliyyət göstərən amerikalı diplomatlar təhlükəsizlik məqsədi ilə gecəni Polşada keçirəcək, səhər isə Lvova işə qayıdacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Dövlət Departamenti ABŞ vətəndaşlarının, o cümlədən öz əməkdaşlarının təhlükəsizliyi üçün yeni tədbirlər görür. Təhlükəsizlik məsələsinə görə, Departamentin Lvovda olan heyəti gecəni Polşada keçirəcək. Onlar diplomatik xidmət aparmaq üçün müntəzəm olaraq Ukraynaya gələcək və gecə Polşaya qayıdacaqlar” – deyə Blinken qeyd edib.


Geri dön