Ana Sayfa > Karusel / Dünya > Türkiyə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırdı

Türkiyə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırdı


22-02-2022, 07:31. Yazar: Admin

 

Türkiyə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırdı

Türkiyə baş verən son hadisələrdən sonra Ukraynanın şərq bölgəsində olan vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vətəndaşların zəruri hallarda Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları istənilib.

Qeyd edək ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınmasını rəsmi olaraq pisləyib.


Geri dön