Ana Sayfa > Karusel / Siyasət > Zelenski Ukrayna xalqına müraciət edib
Zelenski Ukrayna xalqına müraciət edib22-02-2022, 07:17. Yazar: Admin |
“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”. Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib. “Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib. Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir. Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq. “Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib. Geri dön |