Ana Sayfa > Karusel / Dünya > Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınayıb

Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınayıb


22-02-2022, 01:20. Yazar: Admin

Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınayıb

"Avropa Komissyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyir".
Bu barədə Avropa Komissiyası və Aİ Şurası prezidentlərinin birgə bəyanatında bildirilib.

Aİ liderləri bildirib ki, bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır: "İttifaq bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. İttifaq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir", birgə bəyanatda qeyd olunub.


Geri dön