Ana Sayfa > Karusel / Dünya > Conson: Rusiyanın "DXR" və "LXR"-i tanıması beynəlxalq hüququn pozulmasıdır

Conson: Rusiyanın "DXR" və "LXR"-i tanıması beynəlxalq hüququn pozulmasıdır


22-02-2022, 00:32. Yazar: Admin

Boris Conson

 

Rusiyanın Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

““Donetsk və Luqansk respublikalarının” tanınması beynəlxalq hüququn aşkar surətdə pozulmasıdır. Bu həm də suverenlik və ərazi bütövlüyün pozulması, Minsk razılaşmasından imtinadır. Zənnimcə, bu, çox pis əlamətdir. Bu həm də, vəziyyətin səhv yöndə inkişaf etdiyini göstərir” – deyə Conson xəbərdarlıq edib.


Geri dön