Ana Sayfa > Karusel / Dünya > Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb

Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb


21-02-2022, 23:58. Yazar: Admin

 

Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb  

Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.

Həmçinin Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.

Putin DXR və LXR rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.


Geri dön