Ana Sayfa > Karusel / Dünya > Ukrayna Prezidenti Emmanuel Makron və Olaf Şoltsla telefonla danışıb
Ukrayna Prezidenti Emmanuel Makron və Olaf Şoltsla telefonla danışıb21-02-2022, 22:17. Yazar: Admin |
Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon əlaqəsi saxlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında məlumat verib. "Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatları nəzərə alaraq, Fransa Prezidenti Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr keçirdim", o bildirib. Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Geri dön |