Ana Sayfa > Karusel / Siyasət > Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə edib
Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə edib21-02-2022, 20:05. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabaginfo.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə olunub. Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib. Geri dön |