Ana Sayfa > Karusel / Gündəm > Pentaqon: Diplomatiya üçün səy göstərilməlidir, vaxt daralır

Pentaqon: Diplomatiya üçün səy göstərilməlidir, vaxt daralır


21-02-2022, 20:01. Yazar: Admin

Pentaqon: Diplomatiya üçün səy göstərilməlidir, vaxt daralır

ABŞ Rusiyanın Ukraynanı bu gün işğal edə biləcəyi ehtimalını istisna etmir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Con Körbi deyib.

“Biz bir müddətdir ki, Rusiyanın Ukraynanı istənilən vaxt işğal edə biləcəyini deyirik. Bu gün həmin gün ola bilər. Biz ümid edirik ki, bu baş verməyəcək”, - deyə Pentaqonun mətbuat katibi Con Körbi deyib.

O qeyd edib ki, diplomatik yolun izlənməsi üçün bütün səylər göstərilməlidir və Rusiya Prezidenti Vladimir Putinin doğru qərar qəbul etməsi, Avropada növbəti müharibənin baş verməsinin qarşısının alınması üçün diplomatiyanın davam etdirilməsi fürsəti hələ də var.

“Lakin vaxt daralır”, - Pentaqon sözçüsü vurğulayıb.


Geri dön