Ana Sayfa > Karusel / Gündəm > Evdən 55 min manatlıq oğurluq edən şəxs tutuldu - FOTO

Evdən 55 min manatlıq oğurluq edən şəxs tutuldu - FOTO


21-02-2022, 20:00. Yazar: Admin

Evdən 55 min manatlıq oğurluq edən şəxs tutuldu -FOTO

Tərtər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 15 000 ABŞ dolları, 10 000 manat pulunun və 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, müraciət əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska, əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.


Geri dön