Ana Sayfa > Karusel / Gündəm > Ərzaq məhsullarının yerli istehsalçıları stimullaşdırılacaq

Ərzaq məhsullarının yerli istehsalçıları stimullaşdırılacaq


21-02-2022, 19:56. Yazar: Admin

Minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əsas ərzaq məhsulları ilə təchizatın yaxşılaşdırılması haqda tapşırıqlar verilib.

Belə ki, minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.


Geri dön