Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Polşa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Polşa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib21-02-2022, 19:43. Yazar: Admin |
Bu gün, 2022-ci il fevralın 21-də Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından otuz il ötür. Məhz bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun Varşavada polşalı həmkarı, nazir müavini Marçin Pşıdaç (Marcin Przydacz) ilə siyasi məsləhətləşmələr aparması da çox simvolikdir. Bu barədə Qarabaginfo.az-a Polşanın Azərbaycandakı Səfirliyindən bildirilib. “Bu səfər ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və hər iki ölkənin diplomatiyasının prezidentlər Andjey Duda və İlham Əliyevin müəyyən etdiyi istiqamətə uyğun getdiyini təsdiqləyir”, - qeyd olunub. Diqqətə çatdırılıb ki, Polşa Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərinə riayət edən və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi əsasında münasibətlərini inkişaf etdirdiyi mühüm tərəfdaş kimi tanıyır: “Varşava həmçinin Bakının NATO və Aİ ilə əlaqələrinin inkişafının, o cümlədən Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakının tərəfdarıdır”. (apa.az) Geri dön |