Ana Sayfa > Karusel / Gündəm > Medvedev "DXR" və "LXR"-in müstəqilliyini tanımağa çağırıb

Medvedev "DXR" və "LXR"-in müstəqilliyini tanımağa çağırıb


21-02-2022, 19:18. Yazar: Admin

Dmitri Medvedev

Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Donbasdakı vəziyyəti 2008-ci ildə Gürcüstandakı vəziyyətlə müqayisə edib.

Qarabaginfo.az-ın xəbərinə görə, Medvedev Donbasda baş verənlərin 2008-ci ildə Cənubi Osetiya və Abxaziyada baş verənlərdən daha mürəkkəb olduğunu söyləyib.

Ukrayna Prezidenti Vladimir Zelenskini Minsk razılaşmasını yerinə yetirməməkdə ittiham edən Medvedev deyib ki, Zelenskinin əsas məqsədi növbəti seçkilərdə yenidən qalib gəlməkdir.

“Mən 2008-ci ili, Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarımı xatırlayıram. 2008-ci ildə verdiyim qərar yüz minlərlə insanın həyatını xilas etdi. Bu gün risk altında olan daha çox şey var, daha çox həyat var. Bundan sonra nə olacağını bilirik. Sanksiyalardan xəbərimiz var. Təzyiqlərin olduğunu bilirik. Amma necə cavab verəcəyimizi də bilirik.
Bu, asan olmayacaq, amma vəziyyəti düzgün idarə etsək və prezidentimizin rəhbərliyi ilə səbirlə hərəkət etsək, onlar yorulacaq və strateji təhlükəsizlik və sabitlik məsələlərini müzakirə etmək üçün bizə geri dönəcəklər. Əgər vəziyyət bu cür davam etsə, hesab edirəm ki, Rusiya Donbass respublikalarının müstəqilliyini tanımalıdır. Təcrübə onu göstərir ki, bu baş versə, oradakı qızğın vəziyyət soyuyacaq. Bu, prezidentin qərarıdır. Mən bildiyimə görə rusların əksəriyyəti bunu dəstəkləyəcək”, - Medvedev bildirib.


Geri dön