Ana Sayfa > Karusel / Gündəm > Əsas ərzaq məhsullarının tədarükü üçün güzəştli maliyyələşdirməyə dair təkliflər hazırlanacaq

Əsas ərzaq məhsullarının tədarükü üçün güzəştli maliyyələşdirməyə dair təkliflər hazırlanacaq


21-02-2022, 19:08. Yazar: Admin

Əsas ərzaq məhsullarının tədarükü üçün güzəştli maliyyələşdirməyə dair təkliflər hazırlanacaq

Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına dair tapşırıqlar verilib.

Qarabaginfo.az xəbər verir ki, sərəncamda İqtisadiyyat nazirliyinə tapşırılıb ki, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


Geri dön