Ana Sayfa > Karusel / Sosial > Bakıda məşhur "Tarqovu" küçəsinin adı dəyişdirildi

Bakıda məşhur "Tarqovu" küçəsinin adı dəyişdirildi


21-02-2022, 16:06. Yazar: Admin

 

Bakının Səbail rayonu ərazisindəki məşhur "Tarqovu" küçəsinin adı dəyişdirilib.

 

Əvvəllər Nizami adlanan küçənin bir hissəsinin adı dəyişdirilib və Məhəmməd Əmin Rəsulzadə küçəsi adlandırılıb. Lakin küçədə böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun adının vurulduğu lövhələrdə kobud səhvə yol verilib və Məmməd Əmin Rəsulzadə deyə qeyd edilib. Bəs görəsən Səbail Rayon İcra Hakimiyyəti bu biabırçılığı indiyə qədər nəyə görə görməyib?

 

Məsələ ilə bağlı icra hakimiyyətindən açıqlama almaq istəsək də "bizə maraqlı deyil" -deyə cavab verildi.

 

Manset.az

 


Geri dön