Ana Sayfa > Karusel / Mədəniyyət > “Qarabağda törədilən bütün təxribatlarda rusun barmağı var“ - Rasim Balayev
“Qarabağda törədilən bütün təxribatlarda rusun barmağı var“ - Rasim Balayev21-02-2022, 14:38. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Sözügedən tədbir həmçinin Azərbaycan-Ermənistan münasibətlərini bir daha gündəmə gətirib. Belə ki, bəziləri barışıq və sülhün tərəfdarı olsa da, digər qisim düşünür ki, antiterror əməliyyatları keçirilməli, silahlı ermənilər zərərsizləşdirilməlidir. Kəlbəcərə yük daşıyan Azərbaycan maşınlarının saxlanılmasından sonra bu cür düşünənlərin sayı daha da artıb. Qarabaginfo.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev ermənilərin təxribatçı əməllərindən əl çəkməyəcəyini deyib: “Hər şeyin ən yaxşısını Prezidentimiz bilir. Siyasətçi deyiləm deyə bu məsələ ilə bağlı konkret nə etmək lazım olduğunu bilmirəm. Xırdalıqlardan başım çıxmır. Amma vətəndaş kimi öz fikrimi deyə bilərəm ki, bu ermənilər təxribatlarından əl çəkməyəcəklər. Çünki orada rusun barmağı var. Ruslar Qarabağdan çıxıb getmədikcə yenə bu təxribatlar davam edəcək, yenə aləm qarışacaq bir-birinə. Elə bilirsiniz, bu hadisələri özbaşlarına törədirlər? Xeyr! Onlar Azərbaycan qoşunları tərəfindən başı əzilmiş ölkədir”. Aktyor baş verən son hadisələrdə məhz rus sülhməramlılarının əli olduğunu qeyd edib: “Həmin başı əzilmiş ölkəni yenidən bizə tərəf qısqırdan məhz rusdur. Rus “sülhməramlıları” nə qədər ki, orda olacaq, bu təxribatlar davam edəcək. Bütün hadisələr onların əli ilə olur, onlara tapşırıq verirlər. Nə qədər ki, onlar Qarabağda qalacaq belə də davam edəcək. Rusu göndərmişdilər ki, bölgədə sakitlik yaratsın, amma təxribatların arası kəsilmir. Bu necə olur?! Onlar sülhməramlı deyillər! Əgər rus doğurdan da sülh yaratmaq istəyirsə, nəyə görə ermənilərin yük maşınlarımızın qabağını kəsməsinə icazə verir? Erməni nəyə görə bizim maşınımızın qarşısını kəsməlidir? Elə əvvəldən, tarixən də ermənilər seperatçılığa meyilli xalqdır. 1918 hadisələrində də, ondan sonrakı hadisələrdə də rusun əli olub. Və bugünkü təxribatlarda da onların əli var, bu belədir” Geri dön |