Ana Sayfa > Karusel / Gündəm > İrəvanda azərbaycanlı deputatların gəlişinə qarşı etiraz aksiyası keçirildi

İrəvanda azərbaycanlı deputatların gəlişinə qarşı etiraz aksiyası keçirildi


21-02-2022, 14:23. Yazar: Admin

 

Ermənistanda müharibə vetereanları “Zvartnots” hava limanına gedən əsas yolu bağlayıblar.

 

Qarabaginfo.az xəbər verir ki, onlar Azərbaycan parlamentinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun AVTONEST PA-nın Assambleya iclası üçün Ermənistana gəlişinə etiraz ediblər.

 

Onlar həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və İstanbul-İrəvan reysinin açılmasına da qarşı çıxıblar.

 

Polisin müdaxiləsindən sonra yol açılsa da, etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha geniş aksiyalar keçirəcəklərini deyiblər.

 

APA

 


Geri dön