Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Koçaryan və Sarqsyan barəsində axtarış elan edib

Azərbaycan Koçaryan və Sarqsyan barəsində axtarış elan edib


21-02-2022, 13:11. Yazar: Admin

Ermənistanın sabiq prezidentləri Koçaryan Robert Sedrakoviç və Sarqsyan Serj Azatoviçin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.

 

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.

 

O bildirib ki, adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər: “Onlar Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ etdiklərinə, özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 02 sentyabr 1991-ci il tarixdə keçmiş Şaumyan rayonu da birləşdirilməklə, “Dağlıq Qarabağ Respublikası”nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”.

 


Geri dön