Ana Sayfa > Karusel / Region > Ermənistan parlamentində fikirayrılığı: İrəvan sülhə hazırlaşır?
Ermənistan parlamentində fikirayrılığı: İrəvan sülhə hazırlaşır?21-02-2022, 12:23. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə” partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib.
Qarabaqinfo.az xəbər verir ki, müxalifət blokundan olan deputat “Mülki müqavilə”nin hərəkətlərini Ermənistanın Müstəqillik Bəyannaməsinin rədd edilməsi adlandırıb.
“Hayastan” blokunun deputatı Andranik Tevanyan jurnalistlərə açıqlamasında bildirib ki, hakim partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı qəbul etməkdən imtina edərək, Türkiyə və Azərbaycana sülhə hazır olduğu mesajını verib.
Fevralın 23-də Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyası müxalifətin təklif etdiyi “Şuşa bəyannaməsi”nə dair bəyanat layihəsi müzakirə olunacaq.
Tevanyan deyib ki, Milli Assambleya bu məsələ ilə bağlı növbədənkənar iclas keçirəcək, lakin hakimiyyətin davranışı iclasın uğursuz ola biləcəyini göstərir.
Qeyd edək ki, Türkiyə və Azərbaycan liderlərinin keçmişdə imzaladığı və əslində iki ölkə arasında hərbi ittifaq mənasını verən sənəd bu il fevralın 11 və 12-də müvafiq olaraq Ankara və Bakı tərəfindən təsdiqlənib. Bəyannamənin mətnində qeyd edilir ki, üçüncü dövlət tərəfindən təhlükə və ya təcavüz olarsa, iki ölkə birgə hərəkət edəcək.
Orada həmçinin bildirilir ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun modernləşdirilməsi istiqamətində birgə səyləri davam etdirəcəklər. Geri dön |