Ana Sayfa > Karusel / Gündəm > Eks-müdafiə nazirinin həbsi TƏSDİQLƏNDİ

Eks-müdafiə nazirinin həbsi TƏSDİQLƏNDİ


21-02-2022, 11:27. Yazar: Admin

Qazaxıstan Respublikasının Baş Prokurorluğu sabiq müdafiə naziri Murat Bektanovun həbsini təsdiqləyib.

Qarabaqinfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sabiq nazir müvəqqəti saxlama təcridxanasına salınıb.

“Fevralın 19-da keçmiş müdafiə naziri Murat Karibayeviç Bektanovun xidməti fəaliyyətindəki hərəkətsizliyi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlanılıb.

Fevralın 20-də bu cinayəti törətməkdə şübhəli bilinən Bektanov saxlanılaraq, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - rəsmi məlumatda deyilir.


Xatırladaq ki, Murat Bektanov yanvarın 19-da prezidentin sərəncamı ilə müdafiə naziri vəzifəsindən azad edilib. Əvvəllər daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Ali Baş Komandanı vəzifəsini tutan Ruslan Jaksılıkov yeni nazir olub.

 

Daha sonra prezident Kasım-Jomart Tokayev bildirib ki, Murat Bektanov Qazaxıstandakı iğtişaşlar dövründə komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.

 

“Bizim sərəncamımızda komanda-qərargah və hərbi təlimlərdə yaxşı nəticələr göstərən orduya malik olduğumuz üçün biz kritik vəziyyətdə onun potensialından istifadə edə bilmədik və kənardan köməyə əl atmağa məcbur olduq”, - prezident Tokayev bildirib.


Geri dön