Ana Sayfa > Karusel / Dünya > Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb

Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb


21-02-2022, 09:00. Yazar: Admin

 

Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət fonunda prezident seçkilərində namizədliyini irəli sürməyi fevralın son həftəsinə qədər təxirə salıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makronun namizədliyini gələn həftə, fevralın 26-da Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlamazdan əvvəl və ya onun açıldığı gün rəsmən irəli sürəcəyi güman edilirdi, lakin Ukraynada vəziyyətin pisləşməsi bu planları dəyişib.

“Emmanuel Makron fevralın 28-dək özünü prezidentliyə namizəd kimi elan etməyəcək”, - nəşr yazır.

Radiostansiya qeyd edir ki, bu, namizədliyin irəli sürülməsi üçün mümkün olan son həftədir, çünki martın 4-dək Fransa prezidentliyinə namizədlərdən ölkənin Konstitusiya Şurasına onların dəstəklənməsi üçün seçilmiş rəsmilərin 500 imzasını təqdim etmələri tələb olunur.(Apa)


Geri dön