Ana Sayfa > Karusel / Region > Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər


21-02-2022, 08:47. Yazar: Admin

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.

Qarabaginfo.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.

"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır", - baş nazir əlavə edib.

 


Geri dön