Ana Sayfa > Karusel / Region > Rusiya Ukraynanın silahlanmasından narahatdır
Rusiya Ukraynanın silahlanmasından narahatdır21-02-2022, 07:48. Yazar: Admin |
“Rəsmi Moskva Qərbin Kiyevə silah tədarükünü davam etdirməsindən narahatdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov CBS telekanalına müsahibəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz Ukraynanın misli görünməmiş silahlanmasından narahatıq. Hər gün Kiyevə içərisində tank əleyhinə sistemləri, qumbaraatanları və atıcı silahları olan təyyarələr enir. Mövcud vəziyyətə aydınlıq gətirmək istərdim. Rusiya ABŞ üçün təhlükə yaratmır, Ukraynanı təhdid etmir. Biz Vaşinqtonda və ya Kiyevdə sabitliyi pozmağa çalışmırıq. Amerikalılar və ukraynalılar bizim düşmənimiz deyil”, - səfir bildirib. Geri dön |