Ana Sayfa > Karusel / Region > Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb20-02-2022, 21:15. Yazar: Admin |
Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Agentliyin həmsöhbəti qeyd edib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib. Geri dön |