Ana Sayfa > Karusel / Gündəm > Tanınmış hücumçu antorekord müəllifi olub

Tanınmış hücumçu antorekord müəllifi olub


20-02-2022, 15:41. Yazar: Admin

Tanınmış hücumçu antorekord müəllifi olub

İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku antirekord müəllifi olub.

Qarabaginfo.az "Opta"ya istinadən xəbər verir ki, belçikalı hücumçu "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında topa cəmi 7 toxunuş edib.

Matça start heyətində başlayan təcrübəli futbolçu oyunu əvəzlənmədən keçirib. Bu, məlumatların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən ilin yayında İtaliya "İnter"indən keçib.


Geri dön