Ana Sayfa > Karusel / Siyasət > Britaniyanın xarici işlər naziri: “Ən pis ssenari gələn həftə baş verə bilər”
Britaniyanın xarici işlər naziri: “Ən pis ssenari gələn həftə baş verə bilər”20-02-2022, 10:17. Yazar: Admin |
Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Rusiya gələn həftə Ukraynaya hücum edə bilər. Qarabaginfo.az bildirir ki, bu barədə “Reuters” agentliyində məlumat verilib. O deyib ki, ən pis ssenari gələn həftə baş verə bilər: “Reallıq budur ki, Rusiya vaxtı geri qaytarmağa çalışır”. Trussun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən bəri Avropanın təhlükəsizliyi üçün ən təhlükəli anlardan birini yaşayırıq: "Biz görünməmiş birlik nümayiş etdirməliyik. Ondan qorxuram ki, Rusiya diplomatik həll imkanını ciddi qəbul etmir”. Geri dön |