Ana Sayfa > Karusel / Dünya > Conson və Solts Ukrayna məsələsinin həlli üçün səylərini ikiqat artıracaqlar

Conson və Solts Ukrayna məsələsinin həlli üçün səylərini ikiqat artıracaqlar


20-02-2022, 00:59. Yazar: Admin

 

Conson və Solts Ukrayna məsələsinin həlli üçün səylərini ikiqat artıracaqlar

Böyük Britaniya hökumətinin başçısı Boris Conson və Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün axtarışları gücləndirmək barədə razılığa gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofis i bildirib.

“Baş nazir deyib ki, biz indi böhranın ən təhlükəli mərhələsindəyik, Rusiyanın hər an (Ukraynaya) işğalı mümkün ola bilər. Baş nazir və kansler Şolts lazımsız qan tökülməsinin qarşısını almaq üçün diplomatik həllə nail olmaq üçün səylərini ikiqat artırmağa qərar verdilər”, - Consonun ofisi bildirib.

Tərəflər həmçinin müttəfiqlərin Rusiya Prezidenti Vladimir Putinin “fəlakətli yanlış hesablama”sı və Ukraynanın suverenliyini pozacağı halda Rusiyanın mərkəzi strateji maraqlarına təsir edəcək “hərtərəfli cavab”ın zəruriliyi barədə razılığa gəliblər.

“Baş nazir vurğulayıb ki, uzunmüddətli perspektivdə Rusiyadan gələn təhlükəni azaltmaq üçün Avropa bu ölkədən ixrac olunan karbohidrogenlərdən asılılığı aradan qaldırmalıdır”, - ofisdən bildirilib.(Report)


Geri dön