Ana Sayfa > Karusel / Siyasət > PA şöbə müdiri: "Qələbə ilə bağlı məkrli manipulyasiyaların qarşısı alınmalıdır"
PA şöbə müdiri: "Qələbə ilə bağlı məkrli manipulyasiyaların qarşısı alınmalıdır"19-02-2022, 17:57. Yazar: Admin |
"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır". Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında müşavirədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib. Ə. Vəliyev deyib ki, İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu: "Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır". Ə. Vəliyev qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "YAŞAT" Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyətini xüsusi qeyd edib. Geri dön |