Ana Sayfa > Karusel / Gündəm > İqtisadi Şurada inflyasiyanın məqbul səviyyədə saxlanılması müzakirə edilib
İqtisadi Şurada inflyasiyanın məqbul səviyyədə saxlanılması müzakirə edilib19-02-2022, 16:55. Yazar: Admin |
Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının 17-18 fevral tarixlərində keçirilən növbəti iclasında qlobal ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və onun alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən məlumata görə, bu kontekstdə Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məsələləri əsas diqqət mərkəzində olub. İclasda yüksək inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub. Geri dön |