Ana Sayfa > Karusel / Gündəm > Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olundu

Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olundu


19-02-2022, 15:43. Yazar: Admin

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi - "İki sahil"

 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, A.İmaməliyev Aparat rəhbərinin vəzifəsini icra edəcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləyib.


Geri dön