Ana Sayfa > Karusel / Siyasət > Kreml NATO-nun Baş katibinə cavab verib
Kreml NATO-nun Baş katibinə cavab verib19-02-2022, 13:55. Yazar: Admin |
Dmitri Peskov
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib. Qarabaginfo.az “RİA Novosti”yə istinadən bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib. “ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb. Qeyd edək ki, NATO baş katibi Yents Stolberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb. Geri dön |