Ana Sayfa > Karusel / Gündəm > Kreml NATO-nun Baş katibinə cavab verib

Kreml NATO-nun Baş katibinə cavab verib


19-02-2022, 13:49. Yazar: Admin

 

Kreml NATO-nun Baş katibinə cavab verib

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.

O, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yents Stolberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.


Geri dön