Ana Sayfa > Karusel / Qarabağ > Seperatçılar Xankəndidə PUA emalatxanası açıb

Seperatçılar Xankəndidə PUA emalatxanası açıb


19-02-2022, 12:42. Yazar: Admin

 

2019/05/96335-1557814395.jpg

 

Qarabağın dağlıq hissəsində qanunsuz fəaliyyətlər həyata keçirməyə davam edən seperatçılar Xankəndidə PUA emalatxanası açıb.

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 17-də özünü “Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqı” adlandıran “qurum” tərəfindən “Amat” mühəndislik laboratoriyalarının 500 qrup rəhbəri və komanda üzvləri Xankəndinə dəvət edilib.

Məlumata görə, emalatxana A.Qriboyedov adına 3 saylı rusdilli məktəbdə açılıb.

Proqram rəhbəri Sedrak Vardanyan bildirib ki, buna qədər PUA emalatxanalarının 4-ü Ermənistanın müxtəlif bölgələrində, sonuncusu isə Xankəndidə açılıb.(Ordu.az)

Geri dön