Ana Sayfa > Karusel / Cəmiyyət > 65 yaşlı qadın su çəninə düşərək öldü

65 yaşlı qadın su çəninə düşərək öldü


19-02-2022, 11:43. Yazar: Admin

Xaçmazda qadın su çəninə düşərək ölüb.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

 

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.


Geri dön