Ana Sayfa > Karusel / Kriminal > Şəki sakini ehtiyatsızlıqdan tanışını güllələyərək öldürüb
Şəki sakini ehtiyatsızlıqdan tanışını güllələyərək öldürüb19-02-2022, 11:31. Yazar: Admin |
Şəki sakini ehtiyatsızlıqdan qətlə yetirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Geri dön |