Ana Sayfa > Karusel / Region > Ukrayna kəşfiyyatı: Rusiya bu əraziləri minalayır

Ukrayna kəşfiyyatı: Rusiya bu əraziləri minalayır


19-02-2022, 09:22. Yazar: Admin

Reports of explosion in Donetsk not confirmed - World - TASS

Ukrayna kəşfiyyatı: Rusiya xüsusi xidmət orqanlarının sosial obyektləri minalaması səbəbindən Donetsk (işğal olunmuş ərazisi – red.) əhalisini evlərindən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırırıq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.

“Bu addımlar müvəqqəti işğal edilmiş Ukrayna ərazisində vəziyyəti gərginləşdirmək və terrorçuluqda Ukraynanı ittiham etmək məqsədi daşıyır”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə separatçılar Donetskdə avtomobilin partladılması barədə məlumat yaymışdı.

 


Geri dön