Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən gün 151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

Ötən gün 151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb


19-02-2022, 09:12. Yazar: Admin

Ötən gün 151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

Fevralın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Geri dön