Ana Sayfa > Karusel / Dünya > ATƏT Ukraynanın şərqindəki vəziyyətdən narahatdır

ATƏT Ukraynanın şərqindəki vəziyyətdən narahatdır


19-02-2022, 08:40. Yazar: Admin

 

ATƏT Ukraynanın şərqindəki vəziyyətdən narahatdır

ATƏT Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini elan edib və gərginliyi azaltmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və qurumun baş katibi Helqa Mariya Şmidin müvafiq bəyanatında yer alıb.

“Ukraynanın şərqində silahlı zorakılığın əhəmiyyətli dərəcədə artması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz onsuz da gərgin olan vəziyyətin deeskalasiyası ilə yanaşı, güc tətbiqindən çəkinməyin zəruriliyini bir daha bildiririk. Təmkin, dialoq və məsuliyyət hər iki tərəfin üzərinə düşür və böyük əhəmiyyət kəsb edir”, - deyə məlumatda bildirilir.

Bəyanatda deyilir ki, Rau və Şmid Ukraynanın şərqindəki vəziyyətlə bağlı düşmənçilik ritorikasına son qoymağa çağırıblar, çünki bu, sülhü təşviq etmək səylərinə xələl gətirir və gərginləşmə təhlükəsi yaradır.

“Eşitdiyimiz artan düşmənçilik və qızışdırıcı ritorika sülh, sabitlik və təhlükəsizliyin təşviqi səylərini sarsıdır, gələcək qarşıdurma və eskalasiya risklərini artırır. Buna son qoyulmalıdır”.


Geri dön