Ana Sayfa > Karusel / Dünya > Britaniyanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvova köçür
Britaniyanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvova köçür19-02-2022, 08:33. Yazar: Admin |
Böyük Britaniyanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvova köçür. Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. “Böyük Britaniyanın Kiyevdəki səfirliyi müvəqqəti olaraq köçür. Səfirliyin əməkdaşları Böyük Britaniyanın Lvovdakı səfirliyindən işləyəcəklər”, - XİN-nin bəyanatında deyilir. Qeyd edək ki, fevralın 15-də Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təhlükəsi ilə əlaqədar Britaniya səfirliyinin əməkdaşlarının bir hissəsini Lvova köçürüldüyünü açıqlayıb. Geri dön |