Ana Sayfa > Karusel / Gündəm > Qarabağa gizlicə səfər edən Pekres bu açıqlaması ilə gündəmə gəldi

Qarabağa gizlicə səfər edən Pekres bu açıqlaması ilə gündəmə gəldi


18-02-2022, 23:45. Yazar: Admin

Qarabağa gizlicə səfər edən Pekres bu açıqlaması ilə gündəmə gəldi

Fransada apreldə keçiriləcək prezident seçkiləri öncəsi namizədlərin İslam dini əleyhinə çıxışları artır. Respublikaçıların namizədi Valeri Pekres seçki mitinqində hicablı qadınları hədəfə alıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Perkes hicabın dini əmr yox, "qadın itaətinin" simvolu olduğunu deyib.

“Baş örtüyü mənim üçün digər paltarlar kimi bir paltar deyil. Mənim prezidentliyimdə heç bir qadın itaət etməyəcək. Mən azadlığa inanıram”, - o bildirib.

O, seçiləcəyi halda, hicaba qarşı daha sərt tədbirlər görüləcəyini açıqlayıb.

Qeyd edək ki, V.Perkes Azərbaycanın Qarabağ bölgəsinə gizlicə qanunsuz səfər etmişdi.


Geri dön