Ana Sayfa > Karusel / Gündəm > UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açıb

UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açıb


18-02-2022, 23:27. Yazar: Admin

UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açıb

UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”a Fransada 3:1 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yerli klub tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.

İntizam işi ilə bağlı qərarın tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Geri dön