Ana Sayfa > Karusel / Gündəm > ABŞ Rusiyanı Donbassda saxta təxribatlar törətməkdə ittiham edir

ABŞ Rusiyanı Donbassda saxta təxribatlar törətməkdə ittiham edir


18-02-2022, 21:55. Yazar: Admin

ABŞ Rusiyanı Donbassda saxta təxribatlar törətməkdə ittiham edir

“Son 48 saat ərzində Ukraynanın atəş açması ilə bağlı deyilənlər Moskvanın Kiyevə təcavüzünün başlamasına haqq qazandırmaq məqsədi daşıyan Rusiya ssenarisinin tərkib hissəsidir”.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi Rusiyanı Donbassda yalançı təxribatlar yaratmaqda ittiham edib:

“Biz diplomatik yolun olduğunu, fikir ayrılıqlarının dialoq, diplomatiya yolu ilə həll edilməli olduğunu bildirmək üçün əlimizdən gələni etsək də, bunun Rusiyanın seçdiyi yol olmadığından dərin narahatıq”.


Geri dön