Ana Sayfa > Karusel / Gündəm > Putin Ukraynanı qondarma respublikalarla danışıqlar masasına dəvət etdi

Putin Ukraynanı qondarma respublikalarla danışıqlar masasına dəvət etdi


18-02-2022, 19:57. Yazar: Admin

Putin Ukraynanı qondarma respublikalarla danışıqlar masasına dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynadaxili münaqişəni həll etmək üçün Kiyev tanınmamış DXR və LXR ilə danışıqlar masası arxasına oturmalı və Minsk razılaşmalarını sabotaj etməməlidir.

Qarabaginfo.az Rusiya mediasına istinadən xəbər verir ki, bu bardə Kreml rəhbəri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra danışıb: 

“Biz Belarus prezidenti ilə bildirdik ki, Ukraynada vətəndaş sülhünün bərqərar olması və bu ölkə ətrafında gərginliyin aradan qaldırılmasının açarı Minsk razılaşmalarının yerinə yetirilməsidir. Kiyevin etməli olduğu yeganə şey Donbass nümayəndələri ilə danışıqlar masası arxasında oturmaq və münaqişənin sona çatması üçün siyasi, hərbi, iqtisadi və humanitar tədbirlər haqqında razılaşmıqdır”. 

Putinin sözlərinə görə, Ukrayna hakimiyyəti Minsk razılaşmalarının bütün əsas məsələlərini sabotaj etdiyi üçün “Normandiya formatı” ölkələrinin liderlərinin siyasi müşavirlərinin görüşləri hələlik nəticə verməyib.


Geri dön