Ana Sayfa > Karusel / Sosial > Dövlət reyestrinə daxil olan məlumatlar artıb

Dövlət reyestrinə daxil olan məlumatlar artıb


18-02-2022, 19:09. Yazar: Admin

Dövlət reyestrinə daxil olan məlumatlar artıb

Dövlət reyestrinə daxil olan məlumatlar artıb.

Qarabaginfo.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) də dövlət reyestrinin tərkibinə daxil ediləcək.

Qərara əsasən, dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlarla yanaşı ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) da dövlət reyestrində göstərilməlidir.


Geri dön