Ana Sayfa > Karusel / Gündəm > "Barselona"nın hücumçusu aprelin sonunadək oynamayacaq

"Barselona"nın hücumçusu aprelin sonunadək oynamayacaq


18-02-2022, 19:07. Yazar: Admin

Barselonanın hücumçusu aprelin sonunadək oynamayacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

Qarabaginfo.az AS nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun tam sağalması üçün ən azı daha 12 həftə lazım olacaq.

Qeyd edək ki, Ansu Fati yanvarın 20-də "Atletik"ə 2:3 hesabı ilə uduzduqları ölkə kubokunun 1/8 final oyununda sıradan çıxıb. Forvard konservativ müalicəyə üstünlük verərək əməliyyatdan imtina edib.


Geri dön