Ana Sayfa > Karusel / Siyasət > Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb - FOTO

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb - FOTO


18-02-2022, 18:50. Yazar: Admin

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.


Geri dön