Ana Sayfa > Karusel / Gündəm > Putin Rusiyanın ABŞ və NATO ilə danışıqlara hazır olduğunu deyib
Putin Rusiyanın ABŞ və NATO ilə danışıqlara hazır olduğunu deyib18-02-2022, 18:30. Yazar: Admin |
"Rusiya təhlükəsizlik məsələlərinə dair Qərbin bir sıra ideyalarının müzakirəsinin əleyhinə deyil, bir şərtlə ki, bütün məsələlər kompleks şəkildə, Rusiya Federasiyası üçün vacib olan təkliflərdən ayrılmadan nəzərdən keçirilsin". Qarabaginfo.az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi mətbuat konfransında bildirib. "Onlar (ABŞ və NATO-red) Avropanın təhlükəsizliyi məsələlərinə dair bir sıra ideyalar formalaşdırıblar - orta və qısa mənzilli raketlər, hərbi şəffaflıq, hansı ki, Rusiya bunları müzakirə etməyə qarşı deyil. Biz də danışıqlar treki üzrə getməyə hazırıq, bir şərtlə ki, bütün məsələlərə kompleks şəkildə, Rusiya üçün həyata keçirilməsi şərtsiz prioritet olan təkliflərdən ayrılmadan baxılsın”, - Rusiya lideri vurğulayıb. Geri dön |