Ana Sayfa > Karusel / Gündəm > Ali Məhkəmədə baxılan işlərin sayı artıb
Ali Məhkəmədə baxılan işlərin sayı artıb18-02-2022, 18:11. Yazar: Admin |
2021-ci ildə Ali Məhkəmənin icraatında 14,256 iş olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Plenumunun iclasında bildirilib. Qeyd edilib ki, bu isə 2020-ci illə müqayisədə 1,859 iş (15% artım) daha çoxdur. Mülki Kollegiyada 2021-ci ildə 6,113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1 % artım) daha çoxdur. Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8 % artım) daha çoxdur. Cinayət Kollegiyasında 2021-ci ildə 2,161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3 % artım) daha çoxdur. Geri dön |